Şahmat Olimpiadasının vaxtı dəyişdirildi
Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının keçirilmə vaxtı dəyişdirilib. Azərbaycanda ilk dəfə keçiriləcək yarış nəzərdə tutulan tarixdən tez başlayacaq. Şahmat Olimpiadası və Beynəlxalq Şahmat Federasiyası (FİDE) Konqresinin vaxtının dəyişdirilmə səbəbi sentyabrın 15-də Azərbaycanda yeni dərs ilinin başlanması ilə bağlıdır. FİDE-nin yeni qərarına əsasən, yarış sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Bakıda təşkil olunacaq FİDE-nin konqresi isə sentyabrın 4-14-nə təsadüf edəcək.

Qeyd edk ki, Olimpiadanın bu il sentyabrın 14-dən 30-na kimi keçirilməsi planlaşdırılırdı.

Xəbər 608 dəfə oxundu.