Nihad yenə danışdı: Pulumu verin!
"Beşikdaş" klubunun sabiq futbolçusu Nihad Qəhvəci maraqlı açıqlamaları ilə diqqət çəkib. İdman.com.az saytının məlumatına görə, həmkarlarımızla söhbətdə yenidən "ağ-qaralar"dan ala bilmədiyi borca toxunan sabiq hücumçu, israrla 5 milyon avroluq pulunu tələb edib:

"Mən 7 ay səbr etdim. Bu müddət ərzində heç kəs mənimlə maraqlanmadı. Sonda dava açmaq məcburiyyətində qaldım. Quti bütün pulunu aldı və getdi. O, insandır, mən insan deyiləm? "Beşikdaş"lı olmaq verilən sözün tutulmaması anlamına gəlmir. Mən artıq futbolla vidalaşmışam. Ailəmi və gələcəyimi düşünürəm. Bu pul mənim haqqımdır. Onu alacağam".

Qeyd edək ki, pulunu ala bilməyən Nihad "Beşikdaş"ın və onun prezidenti İldırım Dəmirörənin mülkiyyətinə həbs qoydurub.

Xəbər 996 dəfə oxundu.