Qəbələ Rəvanla oyunun hazırlığına start verdi
Topaz Premyer Liqasının 22-ci turunda “Rəvan”la qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarına start verib. 21-ci turun fevralın 14-də keçirilən “Sumqayıt”la ev matçının (1:0) ertəsi günü hazırlıq keçib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşqə çıxıb.

Ötən günkü hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində zədəli futbolçular - Aleksey Antonov və Dodo iştirak etməyiblər. Bir müddətdir fərdi məşq edən Ruslan Abışov komanda ilə birlikdə ilk məşqinə çıxıb.

“Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında Qəbələ şəhər stadionunda baş tutacaq.

Xatırladaq ki, “Rəvan” - “Qəbələ” oyunu fevralın 21-də keçiriləcək. “Bayıl Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 16:00-da veriləcək.

Xəbər 606 dəfə oxundu.