UEFA Çempionlar Liqasında qonaqların günü
Fevralın 17-də futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki görüşü keçirilib.

Bu gün keçirilən hər iki matçda qonaqlar sevinən tərəf olublar. Günün mərkəzi qarşılaşması İtaliya paytaxtında baş tutub. Madridin “Real” klubu Romanın eyniadlı komandasına Kristiano Ronaldonun və Jese Rodriqezin qolları ilə qalib gəlib – 2:0.

Digər matç isə Belçikada oynanılıb. Turnirin debütantı “Gent” öz meydanında Almaniyanın “Volfsburq” klubuna böyük hesabla – 2:3 uduzub.

Xəbər 643 dəfə oxundu.