“Azərreyl” və “Azəryol” klubları Azərbaycan Super Liqasında növbəti qələbələrini qazanıblar
Fevralın 17-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışları çərçivəsində iki oyun keçirilib.

Əvvəlcə Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” və “Gənclik” komandaları meydana çıxıb. Görüşdə “Azərreyl” komandası asan qələbə qazanıb – 3:0.

Digər görüşdə isə yarışda müsabiqədən kənar çıxış edən Gürcüstanın “Tbilisi” komandası “Azəryol”u qəbul edib. Qarşılaşma Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabında 31 xal olan “Telekom” turnir cədvəlinin birinci pilləsinə yer alır. “Azərreyl” klubu 30 xalla ikinci, “Lokomotiv” komandası isə 26 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 640 dəfə oxundu.