Rusiya futzalçıları millimizə rəqib oldu
Bu gün Xorvatiyanın Zaqreb şəhərindəki “Sheraton” mehmanxanasında futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda play-off oyunlarının püşkatma mərasimi keçirilib. İdman.com.az saytı xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan milli komandası bu raundda Rusiya yığması ilə qarşılaşacaq. Pley-offun ilk oyunları 25-28 mart, cavab qarşılaşmaları isə 8-11 aprel tarixlərində olacaq. Millimiz ilk oyunu Bakıda keçirəcək.
Qeyd edək ki, futzal üzrə dünya çempionatının final mərhələsi noyabrın 2-dən 18-dək Tailandda təşkil olunacaq.

Xəbər 902 dəfə oxundu.