Avropa Liqası: Turnirin 1/16 final mərhələsinin ilk matçına İstanbul ev sahibliyi edəcək
Bu gün UEFA Avropa Liqasında fasilə başa çatır. Nüfuzuna görə Avropada ikinci olan futbol turnirinın 1/16 final mərhələsinə İstanbulda start veriləcək.

“Fənərbağça” Şükrü Saracoğlu stadionunda Moskva təmsilçisi “Lokomotiv”lə üz-üzə gələcək. Qarşılaşmanı isveçli hakimlər briqadası idarə edəcək.

Qrup mərhələsində “Fənərbağça” doqquz xal toplayaraq Hollandiyanın “Ayaks” və Şotlandiyanın “Seltik” komandalarını qabaqlayıb. Yalnız Norveçın “Molde” klubundan geri qalan İstanbul təmsilçisi qrup mərhələsini ikinci pillədə tamamlayaraq, növbəti mərhələyə yüksəlib. “Dəmiryolçular” isə Türkiyənin “Beşiktaş”, Portuqaliyanın “Sportinq” və Albaniyanın “Skenderbeu” klublarının çıxış etdiyi qrupda birinci olub.

Xəbər 662 dəfə oxundu.