“Telekom” voleybol klubu ciddi itki ilə üzləşib
Bakının qadınlardan ibarət “Telekom” voleybol klubu ciddi itki ilə üzləşib.

Bakı təmsilçisinin blokçusu Xristina Ruseva mövsümün sonunadək komandasına kömək edə bilməyəcək.

Belə ki, Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində Polşanın “İmpel” komandası ilə matçın 3-cü setində zədələnən bolqarıstanlı voleybolçu artıq əməliyyat olunub. Ayağında aparılan əməliyyat uğurlu alınsa da, həkimlər onun 6 ay meydana çıxa bilməyəcəyini açıqlayıb.

Xəbər 741 dəfə oxundu.