İntizam Komitəsinin iclası keçirildi | |
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. Topaz Premyer Liqasının XXI turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Topaz Premyer Liqasının XXI turunun “Zirə” – “Rəvan” matçının 85-ci dəqiqəsində “Rəvan” klubunun 4 №-li futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Əvəzedici heyətlərin XXI turunun “Zirə” – “Rəvan” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). |
|
Xəbər 686 dəfə oxundu. |
|
|