Atletlərimiz akrobatika gimnastikası üzrə Dünya Kuboku yarışında qızıl və bürünc medallar qazanıblar
Belçikanın Purs şəhərində akrobatika gimnastikası üzrə ilin ilk Dünya Kuboku yarışı keçirilib.

İbarət qadın qrupu finala vəsiqə qazanaraq beşinci yerdə qərarlaşıb.

Paralel olaraq keçirilən “Flanders International Acro Cup” beynəlxalq turnirində isə qarışıq cütlüyümüz – Ağasif Rəhimov və Nurcan Cabbarlı 1-ci yeri tutub.

Beynəlxalq arenada debüt edən, Abdulla Əl–Məşayxi və Ruhidil Qurbanlıdan ibarət ölkənin ikinci dueti isə yalnız Avstraliyadan olan cütlüyü önə buraxaraq 3-cü yerdə qərarlaşıb.

Xəbər 629 dəfə oxundu.