Cənubi Sudan FİFA-ya üzv oldu
Daha bir ölkənin federasiyası rəsmən tanınıb. İdman.com.az saytının məlumatına görə, Cənubi Sudan da artıq futbol ailəsinin üzvünə çevrilib. Afrika Futbol Konfederasiyasına (CAF) qəbul olunan yeni ölkə bu qurumun 54-cü üzvü olub. Bununla bağlı keçirilən xüsusi tədbirdə FİFA prezidenti Yozef Blatter də iştirak edib.

Tədbirdə Cənubi Sudana CAF-ın bayrağı təqdim olunub ki, bu da milli assosiasiyanın qərargahında dalğalanacaq. Yeni federasiya FİFA-nın 208-ci üzvü olub.
Qeyd edək ki, Cənubi Sudan 2011-ci ilin aprelində müstəqillik əldə edib.

Xəbər 1010 dəfə oxundu.