"Təmiz şəhər naminə hərəkətdə ol" devizi altında veloyürüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Velosiped İdmanı Federasiyasının, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində "Təmiz şəhər naminə hərəkətdə ol" devizi altında veloyürüş keçirilib. 100-dən artıq həvəskar və peşəkar velosipedçinin qatıldığı yürüşün iştirakçıları arasında Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri və Milli Məclisin deputatları da olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu cür layihələrin təşkilində aktiv şəkildə iştirak etdiklərini deyərək, insanların diqqətinin ekoloji problemlərə yönəldilməsinin vacibliyindən danışıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev isə təmsil etdiyi qurumun sağlam həyat tərzinin təbliği istiqamətində bu cür layihələrə hər zaman dəstək verməyə hazır olduğunu deyib.

Xəbər 670 dəfə oxundu.