Kikboksinq üzrə Azərbaycan çempionatına start veriləcək
14-17 fevral tarixində kikboksinq idmanı üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcəkdir. Yarış Tofiq Bəhrəmov adına Respublika Stadionunun kikboksinq üzrə təlim-məşq bazasında keçiriləcəkdir. Komandaların gəlmə və çəkiölçmə günü 14 fevral tarixində saat 10:00-da olacaq.

Azərbaycan çempionatında hər komandadan 1 çəki dərəcəsində maksimum 4 idmançı iştirak edə bilər. Yarış WAKO versiyalarına uyğun olaraq Lou-Kik stilində keçiriləcəkdir. Kişi idmançıların çəki dərəcələri: -51 kq, -54 kq, -57 kq, -60 kq, -63,5 kq, -67 kq, -71 kq, -75 kq, -81 kq, -86 kq, -91 kq, +91 kq. Qadın idmançıların çəki dərəcələri: -48 kq, -52 kq, -56 kq, -60 kq, -65 kq, -70 kq, +70 kq.

Azərbaycan birinciliyində hər komandadan 1 çəki dərəcəsində maksimum 3 idmançı iştirak edə bilər. Yarış WAKO versiyalarına uyğun olaraq Kik-Layt stilində keçiriləcəkdir. Birincilik 2002-2003, 2004-2005, 2006-2007-ci il təvəllüdlü idmançılar arasında keçiriləcək.

2002-2003-cü il təvəllüdlü idmançıların çəki dərəcələri: -39 kq, - 42 kq, -45 kq, -52 kq, -54 kq, -57 kq, -60 kq, -63,5 kq,+63,5 kq.

2004-2005-ci il təvəllüdlü idmançıların çəki dərəcələri: -30 kq, -33 kq, -36 kq, -39 kq, -42 kq, -45 kq, -48 kq, -51 kq, +51 kq.

2006-2007-ci il təvəllüdlü idmançıların çəki dərəcələri: -24 kq, -26 kq, -29 kq, -31,5 kq, -33 kq, -36 kq, -39 kq, -42 kq, +42,5 kq

Xəbər 1531 dəfə oxundu.