Basketbol üzrə rayon birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 29 sentyabr 2015-ci il tarixli 181 nömrəli Sərəncamına əsasən Binəqədi rayon orta ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanı inkişaf etdirmək, məktəbliləri idmanla aktiv məşğul olmağa cəlb etmək, həmçinin istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədilə 248 saylı tam orta məktəbdə 2015-2016-cı tədris ili ərzində keçirilməsi nəzərdə tutulan Binəqədi rayon məktəblilərinin XXVIII Spartakiadasının proqramına daxil olan, qızlar arasında Basketbol üzrə rayon birinciliyi keçirilib.

Birinciliyin nəticələrinə görə 244 saylı məktəb birinci yerə, 83 saylı məktəb-lisey ikinciyə, 115 saylı tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.

Xəbər 1326 dəfə oxundu.