Zərdabda Ciu-citsu idman növü üzrə rayon birinciliyi keçirilib
Fevralın 5-də 7 fevral Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibəti ilə Ciu-citsu idman növü üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri, Bölmənin idman zalında 45 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününü qeyd etmək və rayonda idmanın Ciu-citsu növünü inkişaf etdirmək olub.

Yekun nəticələrə görə Vaqif Əliyev, Əziz İsmayılzadə, Süleyman İsmayılov, Bilal Süleymanov yüksək yerə layiq görülüblər.

Xəbər 1160 dəfə oxundu.