"Neftçi" – "Xəzər Lənkəran" oyununun biletləri satışda
Topaz Premyer Liqasının XXI turu çərçivəsində keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. Qeyd edək ki, fevralın 13-də “Bakcell Arena”da keçiriləcək oyun saat 17:00-da başlanacaq.

Xəbər 681 dəfə oxundu.