U-14 komandamız yarımfinala yüksəldi, qızlarımız 1 xalla kifayətləndi
“Neftçi” PFK-nın U-14 komandası “Bakcell U-14 Elit Kuboku” turnirində yarımfinala yüksəlib. Baş məşqçi Eldəniz Məmmədovun yetirmələri 1/4 finalda “Cənub Elit Yığması”nı 4:0 hesabı ilə məğlub etməklə buna nail olub. Valeh Qəhrəmanlı “dubl”a imza atıb. Musa Qurbanlı və Abdulla Rzayev isə hərəyə bir dəfə fərqləniblər. “Neftçi” fevralın 13-də “Bayıl Arena”da keçiriləcək yarımfinal oyununda “Qəbələ” ilə qarşılaşacaq.

Qızlardan ibarət U-19 komandamız isə U-19 Qızlar Liqasında növbəti oyununu keçirib. Baş məşqçisi İbrahim Məmmədov olan komandamız XII turda “Vətən” klubu ilə qarşılaşıb. 1:1 hesabı ilə nəticələnmiş görüşdə “Neftçi”nin qolunu Süsən Mənsimova vurub.
Qeyd: Fotolar U-19 Qızlar Liqasının “Neftçi” – “Vətən” oyunundandır.

Xəbər 667 dəfə oxundu.