CEV kuboku: “Azəryol” voleybol komandası “Novara” klubuna qalib gəlib
Bakının qadınlardan ibarət “Azəryol” klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddə bir final mərhələsində ilk oyununu keçirib.

Azərbaycan Voleybol Mərkəzində keçirilən oyunda Bakı təmsilçisi İtaliyanın “Novara” klubunu qəbul edib.

Almaniyalı Munir Fəttah və slovakiyalı İqor Porvaznikin idarə etdiyi qarşılaşmada “Azəryol” komandası italiyalı rəqibinə 3:1 hesab ilə qalib gəlib. Komandalar arasında cavab görüşü fevralın 23-də İtaliyada olacaq.

Xəbər 829 dəfə oxundu.