Atletika idman növü üzrə Azərbaycan birinciliyi keçiriləcək
Fevralın 12-də Respublika Olimpiya Mərkəzində (Manej) atletika idman növü üzrə Azərbaycan birinciliyinə start veriləcək.

Yarışda 1997-1998 və 1999-2000-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər.

Azərbaycan birinciliyində atletikanın tullanmalar, atmalar və qaçış növləri üzrə yarışlarında qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, yarış fevralın 13-də başa çatacaq.

Xəbər 860 dəfə oxundu.