Azərbaycan triatlonçuları Avstraliyada mövsümə start verəcəklər
Martın 12-də Avstraliyada triatlon mövsümünə start veriləcək.

Mululabe şəhərində təşkil olunacaq dünya kuboku yarışlarında Azərbaycan milli komandasının iki üzvü birincilik uğrunda mübarizə aparacaq. Turnirdə ölkəmizi Rostislav Pevtsov və Kseniya Levkovskaya təmsil edəcəklər.

Dünya kuboku yarışları reytinq xarakteri daşıyacaq.

Xəbər 711 dəfə oxundu.