Vado-ryu karate-do üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “İnter” idman klubunun zalında vado-ryu karate-do üzrə açıq Bakı birinciliyi keçirilib.

Yarışda Şəki, Ağdaş, Sumqayıt və paytaxt klublarından, ümumilikdə 257 idmançı 3 yaş qrupunda mübarizə aparıb.

Nəticələrə görə, Davud Tarıverdili, Anar Hüseynov, Əli Əlizadə, Mirzə Həmidbəyli, Nihad Zeynalov, Rəsul Abbasov, Fərid Cavadov və İbrahim İbrahimov qızıl medal qazanıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 915 dəfə oxundu.