Güləşçilərimiz Türkiyədə medal qoymadılar
Türkiyədə bu ölkənin tanınmış pəhləvanı Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirində güləşçilərimiz uğurlu çıxış ediblər.

İdman.com.az saytının məlumatına görə, sərbəst güləşçilərin mübarizəsində ilk gün 1 qızıl və 2 bürünc medal qazanılıb. 55 kq çəkidə Mahmud Məhəmmədov hamını üstələyib. Qalib Əliyev (55 kq) və Əşrəf Əliyev (74 kq) bürünc mükafata sahib çıxıblar.

Qadın güləşçilərin yarışında ilk gündə 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə olunub. 48 kq çəkidə Marziget Baqomedova qızıl, Kəmalə Əliyeva gümüş, 72 kq-da Natalya Palamarçuk gümüş, Zümrüd Qurbanhacıyeva bürünc medal qazanıblar.

Xəbər 1161 dəfə oxundu.