Taekvondoçularımız Türkiyəyə gedir
Türkiyənin Antalya şəhərində 14-20 fevral tarixlərində taekvondo üzrə beynəlxalq yarışlara start veriləcək. Öncə 14-16 fevral tarixlərində Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil edilən və sayca 3-cü olan G1 kateqoriyalı “TURKİSH OPEN” beynəlxalq turniri keçiriləcək.

İstanbulda keçirilən lisenziya xarakterli Avropa təsnifat turnirindən 1 lisenziya ilə vətənə dönən və təlim-məşqləri davam etdirən kişilərdən ibarət yığma komandamız, qısa fasilədən sonra yarışlarda iştirak etmək üçün 12 fevralda qardaş ölkəyə yollanır. Komandamız reytinq xalları uğrunda mübarizəyə 14 idmançı iıə qatılacaq.
Baş məşqçi Reza Mehmandoust və böyük məşqçi, əməkdar məşqçi Elnur Amanov önümüzdəki yarışda millinin üzvlərindən 54-kq çəki dərəcəsində Məcid Sofiyev və İlham Əliyev, Zəlimxan Rəşidov, Məmmədəli Quliyev (hər ikisi -58 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi -63 kq), Ayxan Tağızadə, Fariz Əliyev (hər ikisi -68 kq), Səid Quliyev, Xəyyam Nağıyev, Namaz Heydərov (-hər üçü-74 kq), Seyid Əzizm Bədirxanlı (-80 kq), Bayraməli Vəliyevə (-87 kq) dayanq üzərinə çıxacaq.

Gənclər yığması isə turnirdə 7 taekvondoçu ilə təmsil olunacaq. Belə ki, baş məşqçi, əməkdar məşqçi Mamed Abdullayevin sərəncamında olan idmançılardan -48 kq çəki dərəcəsində Cavid Məmmədov, Qaşım Maqomedov (-55 kq), Nicat Musayev (-63 kq), Əliəsgər Əliyev (-68 kq), Mert Çiçek (-73 kq), Orxan Tağızadə (+78 kq) və Gülsüm Gültekin (-63 kq) mükafatlar uğrunda mübarizə aparacaqlar.

Bir gün fasilədən sonra 18-20 fevralda isə klublar arasında 4-cü Avropa çempionatına start veriləcək. Respublikamızda fəaliyyət göstərən taekvondo klublarından “Gilan” taekvondo klubu, 26,Sumqayıt O.İ.K.3, Sumqayıt R.İ.M-ni təmsil edən 21 idmançı qitə çempionatına qatılacaq.

Nəzərinizə çatdıraq ki, çempionatda yığma komandanın heyətində yer alan taekvondoçular öz klublarını təmsil edəcək.

Yarışlarda ədalət təmsilçilərimizdən isə hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev iştirak edəcək. Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi komanda vətənə 20 fevralda dönəcək.

Xəbər 754 dəfə oxundu.