Xəzər Lənkəranın Böyük oyun hazırlığı davam edir
Premyer Liqanın 21-ci turu çərçivəsində mövsümün üçüncü “Böyük oyun” u baş tutacaq. “Xəzər Lənkəran” səfərdə “Neftçi” ilə qarşılaşacağı oyunun hazırlığına Lənkəranda start verib və məşqlər gün ərzində iki dəfə olmaqla davam etdirilir.

Cənub təmsilçisinin iki aparıcı üzvü Tural Qürbətov və Ruslan Cəfərov cəza səbəbindən “Böyük oyun” u buraxmalı olacaqlar. Fevral ayının 12-nə qədər Lənkərandakı bazasında hazırlıq keçirəcək “Xəzər Lənkəran” daha sonra paytaxta üz tutacaq. (klub saytı)

Xəbər 640 dəfə oxundu.