“Kəpəz” sabahdan məşqlərə başlayacaq
Topaz Premyer Liqasının XX turunda keçirilən “Kəpəz” – AZAL oyununun (2:0) ardından Bakıya qayıdan Gəncə klubunun futbolçuları dünən bərpaedici hazırlıqdan sonra istirahətə buraxılıb. Komanda məşqlərə sabah start verəcək.

Çempionatın XXI turunda Gəncədə “Qarabağ”la qarşılaşacaq “sarı-göylər” məşqləri “Dalğa Arena”da keçəcək. Fevralın 12-nə kimi bu stadionda hazırlaşacaq “Kəpəz” ayın 13-də Nizami yurduna qayıdacaq. Hazırlıq planına əsasən, Ağdam təmsilçinə qarşı oyunun son məşqi matçın keçiriləcəyi Gəncə şəhər stadionuna təyin olunub.

Xəbər 663 dəfə oxundu.