“Neftçi İdman Klubu”nun atıcıları Bakı birinciliyində dörd medal qazanıblar
Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə paytaxt birinciliyi sona çatıb.

“Neftçi İdman Klubu” İctimai Birliyi Bakı birinciliyində 11 yetirməsi ilə təmsil olunub.

Oğlanlar arasında keçirilən pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında Elvin Astanov 555 xal toplayaraq gümüş medal qazanıb. Vüsal Hüseynli isə 525 xalla 3-cü yeri tutub. Zərif cinsin nümayəndələri arasında eyni növdə və eyni məsafə üzrə təşkil olunan yarışda Leyla Mirzəzadə 367 xalla paytaxt çempionu olub. Digər xanım idmançı Zeynəb Abbasova isə 357 xal toplayıb və bürünc medala yiyələnib.

Xəbər 1494 dəfə oxundu.