Rövnəq Abdullayev AFFA prezidentliyinə öz namizədliyini irəli sürdü
Martın 9-da AFFA-nın hesabat-seçki konfransı keçiriləcək. İdman.com.az saytının xəbərinə görə, konfransda AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Assosiasiya rəhbəri Rövnəq Abdullayev keçiriləcək seçkidə AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. Bu barədə o, ölkə mətbuatına açıqlama da verib.
Qeyd edək ki, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndinə əsasən, prezident öz namizədliyini irəli sürmək hüququna malikdir.

Xəbər 1098 dəfə oxundu.