"Qəbələ" boksçularından iki gümüş
Macarıstanın Debretsen şəhərində boks üzrə A kateqoriyalı beynəlxalq turnirə yekun vurulub. Ölkəmizi turnirdə uğurla təmsil edən "Qəbələ" boksçuları yekunda 2 gümüş medal qazanıblar.

Bütün döyüşləri yüksək səviyyədə keçirən Kamran Şahsuvarlı (75 kq) yalnız finalda fransalı Kristian Mbilliye uduzub və gümüş medala sahib olub.

64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor da finala qədər bütün rəqiblərini üstələyib. Kuba əsilli boksçumuz finalda qazaxıstanlı Ablaixan Jussupova məğlub olaraq turnirin gümüşünə yiyələnib.


Xəbər 672 dəfə oxundu.