Ardıcıl 3-cü qələbə
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Grand-Prix Winter OBSL 2012” beynəlxalq turnirində çıxış edən çimərlik futbolu üzrə Azərbaycan millisi, bu gün növbəti oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, rəqib yerli SOVMORTRANS komandası olub.

Qarşılaşmaya daha yaxşı başlayan yığmamız 2:0 öndə olarkən, Rusiya klubu oyunda dönüş yaradıb. Amma onların vurduğu 4 ardıcıl qola rəğmən, millimiz sonda növbəti qələbəsini rəsmiləşdirib (5:4).

Xatırladaq ki, “ay-ulduzlular”ımız ilk oyununda Rusiyanın “Podvodnik” kollektivini 4:1, ELMONT-u 5:4 hesabı ilə məyus etmişdi.

Xəbər 1084 dəfə oxundu.