"Neftçi"nin futbolçusu "Domjale" klubunda
“Neftçi” PFK-nın yarımmüdafiəçisi Samir Məsimov bundan sonra “Domjale” klubunun formasını geyinəcək. Sloveniya təmsilçisindən gələn rəsmi təklifdən sonra “Neftçi” PFK futbolçunun karyerasını xaricdə davam etdirməsinə şərait yaratmaq üçün onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. “Domjale” klubu yerli çempionatda 22 turdan sonra “Lyublyana” və “Maribor” klublarından sonra 3-cü pillədə qərarlaşıb.
Samir Məsimova gələcək karyerasında uğurlar arzulayırıq.

Xəbər 683 dəfə oxundu.