Qusarın “Şahdağ” futbol klubu yoldaşlıq oyununda qalib gəlib
Futbol üzrə Azərbaycanın I Divizionunda çıxış edən Qusarın “Şahdağ” futbol klubu fevralın 8-də növbəti yoldaşlıq oyununu keçirib.

İkinci dövrəyə hazırlaşan kollektivin budəfəki rəqibi “Bakı” komandası olub. Qusarlı futbolçular bu matçda rəqibindən üstün oyun nümayiş etdirərək 1:0 hesabı ilə qalib gəliblər. “Bakı” futbol klubunun təlim-məşq bazasında keçirilən görüşdə yeganə qolu oyunun ikinci hissəsində qusarlıların gürcüstanlı legioneri David Çaçakunaşvili vurub.

“Şahdağ” komandasının ikinci dövrəyə hazırlıq çərçivəsində bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınaması nəzərdə tutulub.

Xəbər 725 dəfə oxundu.