Visente Del Boske: "Real"a qayıdacağım yalandır
İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske yenidən Madrid "Real"ını çalışdıracağı haqda yayılan söz-söhbətə münasibət bildirib. İdman.com.az saytının məlumatına görə, bu xəbərləri təkzib edən ispaniyalı mütəxəssis, Avro-2012-dən sonra məşqçi karyerasını başa vuracağını açıqlayıb:

"Avro-2012-dən sonra İspaniya yığmasından gedəcəyəm. Ancaq bundan sonra heç bir təklifi də qəbul etməyəcəyəm. Yenidən "Real"ı çalışdıracağım haqda yayılan xəbərlər də həqiqəti əks etdirmir. Mən İspaniya millisindən sonra məşqçi karyeramı başa vuracağam".
Qeyd edək ki, Del Boske 2010-cu ildə CAR-da keçirilən dünya çempionatında İspaniya millisinə ilk çempionluğu yaşatmışdı.

Xəbər 1070 dəfə oxundu.