Hakimlərimizə yeni təyinat
FIFA referisi Rəhim Həsənov və FIFA referi köməkçisi Namiq Hüseynov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinə təyinat alıb.

Hakimlərimiz martın 23-dən 30-dək Hollandiyada keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. Bu qrupda Hollandiya, Polşa, Ukrayna və Şimali İrlandiya yığmaları mübarizə aparacaq.

Xəbər 598 dəfə oxundu.