Şahin Diniyev: Hesab oyuna görə oldu
Topaz Premyer Liqasının 20-ci turunda keçirilən “Kəpəz” – AZAL oyunundan (2:0) sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb. Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev qarşılaşma ilə bağlı bunları deyib:

“Əvvəlcə bu soyuq havada bizi dəstəkləməyə gələn azarkeşlərimizə minnətdaram. Oyuna gəlincə, matç bizim üçün ağır keçdi. AZAL atletik, mübarizəni sevən komandadır, müdafiədə etibarlı oynayır. Altı oyun idi ki, qapısından top buraxmırdı. Biz bunu bilirdik. Komandam göstərdiyi taktiki-texniki, kombinasiyalı oyundan başqa bu gün atletik futbol oynamağı bacardığını da sübut etdi. Uşaqlar göstərdilər ki, hər bir rəqibə qarşı futbol oynamağı bacarırlar. Hesab oyuna görə oldu. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar. Bizi qarşıda “Qarabağ”la çətin görüş gözləyir. Həmin matça hazırlaşmalıyıq”.

Xəbər 629 dəfə oxundu.