Zika virusu Braziliya Yay Olimpiya Oyunlarında Azərbaycan millisi üçün problem yaratmayacaq
Zika virusu Braziliya Yay Olimpiya Oyunlarında Azərbaycan millisi üçün problem yaratmayacaq.

Bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, yığma komandamızın üzvlərinə, xüsusən də qadın atletlərə təlimatlar veriləcək. Onlar virusa qarşı olan sprey ilə təmin ediləcəklər. Həmçinin atletlərə uzunqol köynək geyilməsi və şortlardan imtina edilməsi tövsiyə olunub. Ümumiyyətlə, qadın atletlərimiz Braziliyada ciddi mühafizə ediləcəklər.

Xəbər 908 dəfə oxundu.