“Kəpəz” AZAL-la oyunun hazırlığını başa vurdu
Fevralın 7-də Topaz Premyer Liqasının XX turunda Gəncədə AZAL-ı qəbul edəcək “Kəpəz” bu gun oyunun keçiriləcəyi şəhər stadionunda son məşqinə çıxıb. Təxminən 50 dəqiqə sürən hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olub.

Məşqin sonunda komandanın baş məşqçisi Şahin Diniyev qarşıdakı matçla bağlı fikirlərini bölüşüb: “Sabah bizi bəlkə də “Qəbələ” ilə oyundan da çətin qarşılaşma gözləyir. Uşaqlar bunu yaxşı dərk edirlər. Çalışacağıq ki, meydanda əlimizdən gələni edək. Amma asan görüşün olmayacağını bir daha təkrarlayıram. Rəqib mübariz komandadır, meydançanın hər qarışı uğrunda vuruşur, motivasiyalıdır. “Qarabağ”ı məğlub ediblər və bu onlarda həvəsi daha da artırıb. Altı oyundur ki, top buraxmırlar”.
Sonda qeyd edək ki, “Kəpəz”in heyətində zədəli və ya cəzalı futbolçu yoxdur. (klub saytı)

Xəbər 605 dəfə oxundu.