Yeniyetmə karateçimiz Avropa üçüncüsü olub
Yeniyetmələrdən ibarət karate üzrə Azərbaycan milli komandasının üzvü Müseyib Məmmədov (42 kq) Avropa üçüncüsü olub.

5 döyüş keçirən perspektivli idmançı bolqarıstanlı, xorvatiyalı və ukraynalı rəqiblərinə qalib gəlsə də yarımfinalda daha təcrübəli fransız rəqibinə məğlub olub. Üçüncü yer uğrunda görüşdə isə o, Macarıstan təmsilçisindən üstün olaraq bürünc medala sahib olub.

Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında Avropa çempionatının ilk günü tatamiyə çıxan digər 5 idmançımız isə mükafatçılar sırasına düşə bilməyiblər.

Xəbər 674 dəfə oxundu.