Futzal üzrə Avropa çempionatında millimiz Çexiya yığmasına qalib gəlib
Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsində növbəti oyununda Çexiya yığması ilə qarşılaşıb.

Serbiyanın paytaxtındakı “Belqrad Arena”da keçirilən matçda millimiz 6:5 hesabı ilə qalib gəlib. Oyunda Azərbaycan yığmasında Rizvan Fərzəliyev, Vitali Borisov, Fineo de Arauyo, Eduardo Mello Borqes, Auqusto Sezar, Rafael Durval, Çexiya millisində isə Radim Zaruba, Michal Holy, Lukas Resetar, Jiri Novotny, Michal Kovaç hərəyə bir dəfə fərqləniblər.

Matçı Admir Zahoviçdən (Sloveniya), Cerald Bauemfayndan (Avstriya), Tomaş Frakdan (Polşa), Saşa Tomiçdən (Xorvatiya) ibarət hakimlər briqadası idarə edib.

Hazırda Azərbaycan milli komandası D qrupunda 3 xalla ikinci yerdə qərarlaşıb.

Xəbər 575 dəfə oxundu.