Atletika üzrə Azərbaycan çempionatı start götürüb
Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı start götürüb.

Çempionatın ilk günündə qadın və kişi atletlər 60, 400 və 1500 metr məsafəyə qaçış yarışlarında qüvvələrini sınayırlar. Həmçinin üçtəkanla tullanma yarışlarında kişilər və qadınlar birincilik uğrunda mübarizə aparırlar.

Birinciliyin ilk günündə qadınlar arasında nüvəitələmə yarışlarında da qaliblər müəyyənləşəcək.

Xəbər 751 dəfə oxundu.