Rəşad Abdullayev: “Neftçi”nin öz mövqeyini qoruyacağını düşünürəm
"Hazırlıqlarımız “Bakı” klubu ilə oyuna hesablanmışdı. Ancaq hava şəraitindən asılı olaraq həmin görüş təxirə salındı. Növbəti rəqibimiz isə “Sumqayıt” klubu olacaq. Gənc kollektivə malik olduqları üçün onların da bizə güclü müqavimət göstərəciyini düşünürəm. “Sumqayıt” komandası mənim çox xoşuma gəlir. Onların yaxşı gələcəyi var".

İdman.com.az saytının məlumatına görə, bu sözü qol.az-a açıqlamasında “Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev deyib. Ən yaxın izləyiciləri “İnter”in “Kəpəz” səfərindən xal itkisiylə dönmək ehtimalına da toxunan futbolçu, bu haqda belə danışıb:

“Kəpəz” komandasıyla Unibank Premyer Liqasının səfər matçında biz də xal itirmişdik. Bu mövsüm çempionatımız həm maraqlı, həm də çətin keçir. Məncə, “İnter” də səfərdə xal itirə bilər. Çünki ortabab komandalar belə liderlərdən xal qopara biliblər.

“Kəpəz” “İnter”dən xal alacağı təqdirdə, biz də “Sumqayıt”a qalib gəlməklə xal ehtiyyatımızı bir qədər də artıracağıq. Əsas məqsədimiz ilk “altılığ”a böyük xal ehtiyyatı ilə yollanmaqdır. Əgər belə olarsa, “Neftçi”nin öz mövqeyini qoruyacağını düşünürəm. İnşallah, buna da nail olarıq”.


Xəbər 956 dəfə oxundu.