Kəpəz - AZAL oyununda bilet satışı təşkil olunacaq
Fevralın 7-də Topaz Premyer Liqasının 20-ci turunda keçiriləcək “Kəpəz” – AZAL oyununda bilet satışı təşkil olunacaq. Bu barədə Gəncə klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, tamaşaçılardan bilet almaq üçün oyun günü stadionun kassalarına yaxınlaşmaları xahiş olunur. Biletin qiyməti 1 manatdır.

Qarşıdakı matçda arenaya çoxlu sayda azarkeşin gələcəyi gözlənildiyindən giriş qapılarında tıxacın yaranmaması və futbolsevərlərin stadiona rahat daxil olması üçün oyuna bir qədər tez gəlmələri xahiş olunur. Qeyd edək ki, “Kəpəz” – AZAL oyununun başlama vaxtı saat 13:30-dur.

Bilet satışı ilə yanaşı, əvvəlki kimi bütün fanklublar, xanımlar və uşaqlar arenaya pulsuz daxil ola biləcəklər. Eləcə də imtiyazlı qurumlara dəvətnamələr veriləcək ki, onların da stadiona girişi tam sərbəstdir.

Xəbər 905 dəfə oxundu.