On dörd və 16 yaşadək şahmatçılar arasında Bakı birinciliyinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Şahmat Mərkəzində 2000–2001-ci il və 2002–2003-cü il təvəllüdlü oğlan və qızlar arasında şahmat üzrə Bakı birinciliyi keçirilib.

Yarışda 7 klubu təmsil edən 71 şahmatçı (21 qız) iştirak edib.

Yarışın nəticələrinə əsasən, 14 yaşadək qızlar arasında 6 xalla Sədaqət Abbasova birinci olub. Fatimə Məmmədova gümüş, Aydan Hüseynova isə bürünc medal qazanıblar. Oğlanlar arasında Fərid Aslanov 8,5 xalla qalib adını qazanıb. Muhəmməd İsmayılov yarışı ikinci, Mikayıl Fərhadov üçüncü pillədə başa vurublar.

On altı yaşadək qızlar arasında 6,5 xalla Aysu İsmayılova çempion olub. Ülkər Həsənzadə və Nərmin Quluzadə ilk üçlükdə yer alıblar. Oğlanların mübarizəsində 6 xal toplayan Oğuz Abışlı qızıl medala layiq görülüb. Emin Ələkbərov gümüş, Səid Rəfili isə bürünc medala sahib olublar.

Yarışın bağlanış mərasimində BŞGİBİ-nin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Yarışda ilk üçlükdə yer alan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.

Xəbər 605 dəfə oxundu.