Bakı Olimpiya Stadionunun rəsmi saytı fəaliyyətə başlayıb
Bakı Olimpiya Stadionunun rəsmi saytı fəaliyyətə başlayıb.

Www.bos.az ünvanında yerləşən sayt keçmiş və gələcək tədbirlər, stadion infrastrukturu, biznes və istirahət imkanları haqqında məlumatı özündə əks etdirir.

“Stadion”, “Turlar”, “Xidmətlər”, “Biznes”, “Media” və digər bölmələrdən ibarət olan sayt şəkillər, xəbərlər, xidmətlər və tədbirlər barədə məlumat paylaşır, onlayn məsləhətçi və xidmətlərin rezervasiyası imkanları verir. Azərbaycan, rus, ingilis və alman dillərində yaradılmış saytda virtual tur fəaliyyət göstərir.

Media nümayəndələrinin rahat işi üçün yaradılmış “Media” bölməsində xəbərlər, press-relizlər və şəkillər yerləşdirilir.

Həmçinin sayt “Facebook”a inteqrasiya edilib. Belə ki, sosial şəbəkə istifadəçiləri stadionun rəsmi səhifəsindən birbaşa sayta keçid edə bilərlər.

İzləyicilər üçün saytın mobil telefon və planşet versiyaları da təklif olunur. Sayt müntəzəm olaraq yenilənir.

Xəbər 2044 dəfə oxundu.