Millimiz FİFA-nın reytinq cədvəlində mövqeyini qoruyub
FİFA futbol üzrə milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.

Bir ay ərzində heç bir rəsmi matça çıxmayan milli komandamız ötən siyahıda olduğu kimi, 296 reytinq xalı ilə 116-cı pillədə yer alıb.

Qeyd edək ki, reytinq cədvəlinə Belçika yığması başçılıq edir. Argentina ikinci, İspaniya isə üçüncü pillədə qərarlaşıb.

Xəbər 784 dəfə oxundu.