Messi qollarının sayını 501-ə çatdırıb
“Barselona” futbol klubu və Argentina yığmasının hücumçusu Lionel Messi qollarının sayını artırmaqda davam edir.

Artıq argentinalı ulduz karyerası ərzində vurduğu qolların sayını 501-ə çatdırıb. Bu, İspaniya kuboku yarışlarının yarımfinal mərhələsində “Valensiya” ilə oynanılan ilk qarşılaşmada baş verib. Komandasının 7:0 hesablı qələbə qazandığı görüşdə Messi habelə het-trik müəllifi olub. Bununla 28 yaşlı forvard karyerası ərzində vurduğu qolların sayını 501-ə çatdırıb.

Qeyd edək ki, “Qızıl top” mükafatının beşqat qalibi bu qollardan 436-na “Barselona”nın, 65-nə isə Argentina yığmasının heyətində imza atıb.

Xəbər 621 dəfə oxundu.