Hacı Əliyev beynəlxalq reytinq cədvəlindəki liderliyini davam etdirir
Dünya Güləş Birliyi (DGB) 2016-cı ilin yanvarında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Sərbəst güləşçilərimizdən 11-i DGB-nin reytinq siyahısında yer alıb. Ən yaxşı göstərici ikiqat dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. O, öz çəkisində reytinqin birincisidir. Dünya çempionatının gümüş medalını qazanan Cəmaləddin Məhəmmədov (125 kq) reytinqdə də ikinci sıradakı mövqeyini qoruyub. Komandanın kapitanı Xetaq Qazyumov (97 kq) isə öz çəkisinin reytinqində üçüncü pillədə qərarlaşıb.

Olimpiya çempionlarımız Toğrul Əsgərov (65 kq) və Şərif Şərifovun (97 kq) da mövqelərində dəyişiklik baş verməyib. Güləşçilərimiz müvafiq olaraq 4-cü və 6-cı yerdə qərarlaşıblar.

Xəbər 990 dəfə oxundu.