Tino Perez: "Qırmızı vərəqə nəticəyə təsir etdi"
Futzal üzrə AÇ-nin final mərhələsində keçirilmiş İtaliya – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Tino Perezin verdiyi açıqlamanı diqqətinizə çatdırırıq:
"Qırmızı vərəqə nəticəyə təsir etdi"

“Əlbəttə, məğlub olduğun zaman çox şey danışmaq çətindir. Nəticə özlüyündə hər şeyi deyir. Bununla belə, məğlubiyyətə baxmayaraq, çox da bədbin deyiləm. Müdafiədə pis oynamadıq. Kombinasiya qurmaqda çətinlik çəkmədik. Buraxdığımız birinci qoldan bir neçə dəqiqə əvvəl hesabı açmaq üçün əla imkanımız vardı. Amma rəqib qapıçı əla oynadı. Təbii ki, Amadeunun qırmızı vərəqə alması və azlıqda qalıb qol buraxmağımız yekun nəticəyə birbaşa təsir göstərdi. Beş nəfərlə hücum edərkən də qol imkanları yaratdıq. Amma İtaliya millisinin qapıçısı keçilməz oldu”. (affa.az)

Xəbər 736 dəfə oxundu.