“Neftçi” klubunun U-12 komandası “Qış kuboku”nun qalibi olub
“Neftçi” futbol klubunun 12 yaşadək futbolçulardan ibarət komandası “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbinin təşkil etdiyi “Qış kuboku” turnirinin qalibi olub.

Baş məşqçi Vaqif Əliyevin yetirmələri finalda “Gəncə” Təhsil İdman Məktəbinin komandasını 2:1 hesabı ilə məğlub ediblər. “Neftçi”nin heyətində Elcan Əbilov və Ağadadaş Salyanski fərqlənib.

Mükafatlandırma mərasimində “Neftçi”nin idman direktoru Vəli Qasımov, komandanın baş məşqçisi Əsgər Abdullayev və qapıçılar üzrə məşqçi Dmitri Kramarenko iştirak ediblər.

Xəbər 674 dəfə oxundu.