Şahin Atamov Fransa turnirində iştirakı barədə təəssüratlarını bölüşüb
Karate üzrə dəfələrlə dünya və Avropa çempionu Şahin Atamovun mətbuat konfransı keçirilib.

Ötən ayın sonunda başa çatan “Paris Open” beynəlxalq turnirində iştirakı barədə təəssüratlarını bölüşən idmançı bildirib ki, reytinq xalları baxımından WKF (Dünya Karate Federasiyası) Premyer-liqasının birinci mərhələsi kimi bir yarışda ölkəsini təmsil etmək hər hansı karateçi üçün çox önəmlidir. Bu turnirdə belə yüksək nəticə əldə etmək təkcə konkret idmançının deyil, həm də məşqçi heyətinin və bütövlükdə Milli Karate Federasiyasının xidmətidir. İdmançı qeyd edib ki, bütün idmançılar, o cümlədən karateçilər daim Azərbaycan rəhbərliyinin qayğısını və dəstəyini hiss edirlər.

İdmançı “2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya Oyunlarında iştirakı barədə suala “Yox” cavabı verib. Bildirib ki, həmin vaxt o, artıq peşəkar məşqçi kimi fəaliyyət göstərməyi planlaşdırır.

Xəbər 675 dəfə oxundu.