İspaniyada 2015-ci ilin ən yaxşı idmançısı Andres İniesta seçilib
İspaniyada 2015-ci ilin ən yaxşı idmançısı məlum olub.

Kataloniyada keçirilən təltifetmə mərasimində bu mükafata “Barselona” klubunun kapitanı Andres İniesta layiq görülüb. Ona səs verənlərə təşəkkürünü bildirən ulduz futbolçu sözügedən mükafatı ona etimad edənlərə həsr etdiyini deyib. İniesta qazandığı uğurları bu mövsüm yenidən təkrarlamaq istədiyini də gizlətməyib.

Qeyd edək ki, İniesta ötən il “Barselona”nın heyətində bütün kuboklara sahib çıxıb. O, İspaniya “La Liqa”sının, Kral Kubokunun, Çempionlar Liqasının, Avropa Superkubokunun və klublararası dünya kubokunun qalibi olub.

Xəbər 811 dəfə oxundu.